14.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 12.02.2022-ci il tarixində onlayn formatda Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə əlaqədar XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Şuşanın Xan qızı” adlı oxucu konfransı keçirdi. 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi. Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi . Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin tarix müəlliməsi Vəfa Hacıyeva “Qarabağın dahi şəxsiyyətləri”, Azərbaycan dili-ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Nadir şəxsiyyətlərdən biri, poeziyamızın iftixarı Xurşidbanu Natəvan”, Azərbaycan yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “Natavanın yetişməsində mənsub olduğu ədəbi mühit ”, təqaüdçü Azərbaycan dili-ədəbiyyat müəlliməsi Validə Hüseynova “Natəvanın Vətənində yaratdığı yeniliklər “ adlı mövzularla çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin VIIIa sinif şagirdlərindən Amil Nəsibov “Xurşidbanu Natəvanın həyat və yaradıcılığı”, Aytac Cəfərova “Ədəbi məclisin yaradılması”, Aygül Alnağıyeva “Xurşidbanu Natəvanın xeyriyəçilik işləri”, Aynur Quliyeva “Xurşidbanu Natəvan lirik şair və rəssam kimi”, VIç sinif şagirdi Nihad Abbasəliyev “Xurşidbanu Natəvanın sadə xalqa münasibəti”, Rövşanə Qəribova “Nədir murad, fələk etməz imtahan tərkin”, Ayan Həsənova “Zəmanə saldı əcəb möhnətü məlalə məni”,Kəlbəcər rayon 109 saylı orta məktəbin VIII sinif şagirdi Sarıyeva Rəqsanə “Nə oldu bülbül” , Gəncə şəhər 26 saylı orta məktəbin şagirdi Nuray Məmmədova “Fələk rənginə bənzər bu bənövşə” adlı təqdimat və qəzəllər ilə çıxışlar etdilər. Tədbirdə “Şuşanın Xan qızı”, “Xarıbülbül-Qarabağın sirli möcüzəsini tanıdaq”,”Azərbaycanın nadir incisi-İsa bulağı” adlı videoçarx nümayiş edildi.